Əsas Səhifə > Hadisə > “MİLLİ MƏCLİSİN QARŞISINDA İNTİHAR EDƏCƏM”
“MİLLİ MƏCLİSİN QARŞISINDA İNTİHAR EDƏCƏM”20-08-2018, 13:43 |
“Keçmiş qayınatam Gömrük Postunun rəisi işləyib, böyük imkanları, əmlakları var…”“Mənə qarşı qanunsuzluqlara və təzyiqlərə son qoyulmazsa, Milli Məclisin qarşısında intihar etmək məcburiyyətində qalacam! Başqa çıxış yolum qalmayıb, deputatın təsiri ilə məhkəmələr tərəfindən hüquqlarım kobud şəkildə pozulur”. Xəbərdarlıq mahiyyətli bu fikirlər Bakı şəhəri, F.Yusifov küçəsi bina 45A, mənzil 72-də yaşayan Abdullayev Çavanşir Arif oğlu tərəfindən ölkə Prezidenti İlham Əliyevə, I vitse-Prezident Mehriban xanım Əliyevaya, Milli Məclisin sədri Oktay Əsədova və daxili işlər naziri Ramil Usubova ünvanlanan müraciətdən götürülüb. Müraciətini media vasitəsilə ictimailəşdirən Cavanşir Abdullayev “AzPolitika.info”ya bildirib ki, millət vəkili, Milli Məclisin aqrar siyasət Komissiyasının sədri Eldar İbrahimovdan, onun qardaşı, keçmiş qayınatası Nizami İbrahimovdan, həmçinin Sabuncu rayon Məhkəməsinin hakimləri İmran Burcayev və Mehriban Qarayevadan, eləcə də Sabunçu rayon Polis İdarəsindən şikayətçidir. “Ayrılmazdan əvvəl birgə nikah zamanı əldə etdiyimiz əmakın bölünməsinə dair saziş imzaladıq”
Cavanşir Abdullayev qeyd edir ki, ayrılmağa qərar verdiklərində də həyat yoldaşı ailəsinin də istəyi ilə həmin villanın ona verilməsini istəyib, digər əmlaklara qarşı heç bir iddiasının olmadığını bildirib: “Digər əmlaklar dedikdə… bura 1 birotaqlı, 1 ikiotaqlı ev, iki ədəd elə də böyük dəyəri olmayan maşın və kiçik bir qaraj daxildir. Onların hamısının ümumi dəyəri keçmiş həyat yoldaşımın tələb etdiyi villanın dəyərindən xeyli aşağıdır. Ancaq övladlarımın da həmin evdə yaşayacağını nəzərə alaraq, mən, razılaşdım. Bunun nəticəsi olaraq da aramızda notarial qaydada təsdiqlənməklə, saziş bağlandı”. “Keçmiş qayınatam Gömrük Postunun rəisi işləyib, böyük imkanları, əmlakları var…”
Keçmiş qayınatam Nizami İbrahimov uzun müddət “SDK” kimi tanınan Samur Gömrük Postunun rəisi işləyib. Hazırda da Əmlak Komitəsində işləyir. Rəsmi qazancı ilə mütənasib olmayan böyük varidatı, əmlakları var. Sağlığına qismət, indi bu haqda danışmaq istəmirəm. Bunları sadəcə ona görə qeyd edirəm ki, bunlar mənim əmlakımı ehtiyaca görə əlimdən almaq istəmirlər. Məqsədləri imkanlarından istifadə edərək əlimdəki hər şeyi almaq, məni tam müflis edərək dilənçi vəziyyətinə salmaqdır”. Hakim sazişin bir hissəsini qanuni, digər hissələrini qanunsuz hesab edib!
Bunda da heç şübhəsiz millət vəkili Eldar İbrahimovun iddiaçının əmisi olması faktı əsas rol oynayıb. Hakim İmran Burcayev proses zamanı məni heç dinləmək belə istəmədi. Açıq şəkildə nümayiş etdirirdi ki, o bu məsələni qarşı tərəfin xeyrinə həll etmək istəyir. Buna görə də çıxarılan qətnamədə prosesual hüquq normaları kobud çəkildə pozulub. İbrahimovların istəyi əsasında birgə nikah zamanı əldə etdiyimiz əmlakın böyük hissəsi – 70%-dən artığı əlimdən alınıb. Üstəlik, hakim mənə minnət qoydu ki, qarşı tərəf əmlakın 4/5 hissəsini tələb edirdi… Məgər məhkəmə qətnaməni kimlərinsə istəyi əsasında çıxarır?” “Heç bir yerdə işləmədiyim halda hər ay 800 manat aliment tutulmasına qərar verilib”
“10 gün Sabunçu rayon Polis İdarəsində saxlanılmışam, amma…”
Ancaq Sabuncu rayon Məhkəməsinə göndərdiyimiz anoloji sorğuya verilən cavabdan məlum olur ki, mənimlə bağlı Sabunçu rayon Məhkəməsinə nə 2017-ci ildə, nə də bu il hər hansı inzibati xarakterli material daxil olmayıb (Surəti yazıya əlavə olunub-red.). Bu isə mənim qanunsuz olaraq, kimlərinsə sifarişi ilə saxlanıldığımı göstərir. Polis İdarəsində olduğum müddətdə mən təcridxanaya salınmamışam. Qeyd edim ki, hətta Polis İdarəsindən məni Apellyasiya Məhkəməsinə apardılar ki, gəl şikayət verib qərarı ləğv etdirək. Sonra da gəldilər ki, qərar qüvvəsində saxlanıldı. İndi məhkəmənin cavabından məlum olur ki, bunlar hamısı oyun olub. Buna görə də hörmətli nazirimiz Ramil Usubova müraciət edərək, mənim hansı əsasla saxlanıldığımın araşdırılmasını tapşırmasını xahiş edirəm”. Cavanşir Abdullayev İbrahimovların sifarişi ilə yol polisi tərəfindən də tez-tez əsassız olaraq saxlanıldığını bildirir: “Ona görə də artıq avtomobillə şəhərə çıxmağa ehtiyatlanıram”. “Ölkə rəhbərliyindən köməklik istəyirəm”Cavanşir Abdullayev Sabunçu rayon Məhkəməsində çıxarılan qətnamələrdən apellyasiya şikayəti verdiyini deyir: “Əmlak bölgüsü tələbinə dair olan mülki iş hakim Vüqar Həsənovun icraatındadır. İşə oktyabrın 2-də baxılacaq. Aliment tələbinə dair iş isə hazırda hakim Məmməd Məmmədovun icraatındadır. Mən hər iki hakimin ədalətli qərar çıxaracağına ümid edirəm. Ancaq keçmiş həyat yoldaşım mənə bir neçə dəfə bildirb ki, əmisi E.İbrahimovun Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyevlə çox yaxın münasibətləri var. Buna görə də verilən qərarların dəyişməyəcəyini, qətnamələrin qüvvədə qalacağını bildirir. Bu isə məndə bu işlərə obyektiv bağılacağına dair şübhə yaradır. Ona görə də, mən cənab Prezident İlham Əliyevə, hörmətli I vitse-Prezident Mehriban xanım Əliyevaya, həmçinin Milli Məclisin sədri Oktay Əsədova müraciət edərək, mənim şikayətlərimə obyektiv baxılmasının təmin edilməsinə dair göstəriş vermələrini xahiş edirəm. Bizim dövlət hüquqi dövlət olduğundan, Konstitusiyada da qeyd edilir ki, məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatşısı məhz Prezidentdir. Ona görə də, hakimlər kimlərinsə istəyi ilə deyil, qanunlara uyğun qərarlar çıxarmalıdırlar. Məhkəmələrin işinə müdaxilə özü də hüquqi məsuliyyət yaradır. Heç kimin, o cümlədən deputat E.İbrahimovun tutduğu vəzifə sadə vətəndaşın, o cümlədən mənim hüquqlarımın pozulmasına səbəb ola bilməz. Hüquqlarımın davamlı olaraq qanunsuz şəkildə tapdalanmasının, əmlaklarımın əlimdən alınmasının qarşısı alınmazsa, mənim intihardan başqa çıxış yolum qalmayacaq. Deputat Eldar İbrahimovun məhkəmələrə təsiri, hakimlərin qanunsuz qətnamələri sonda məni buna məcbur edəcək. Əməkdaşımız keçmiş kürəkənlərinin bu iddia və ittihamları ilə bağlı İbrahimovların da mövqeyini öyrənməyə cəhd edib. Deputat Eldar İbrahimov zənglərə cavab verməyib. C.Abdullayevin keçmiş qayınatası Nizami İbrahimov isə keçmiş kürəkəninin ittihamlarına bir cümləlik cavabla kifayətlənib. “Biz bandit-zad deyilik ki, kiminsə əmlakını zorla əlindən alaq. İşə məhkəmədə baxılır və məhkəmə qərar verir”. C.Abdullayevin intihar xəbərdarlığına gəlincə, N.İbrahimov deyib: “O mənim keçmiş kürəkənimdir. Nə edəcəyi ilə maraqlanmıram”.
Geri qayıt |