Əsas Səhifə > Hadisə > Türkiyədə bələdiyyə

Türkiyədə bələdiyyə


14-11-2018, 07:29

Türkiyədə Osmaniyə şəhərinin Həsənbəyli rayonunun bələdiyyə sədri silahlı hücuma məruz qalıb. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, Alpaslan Koca ziyarət üçün getdiyi xəstəxanadan çıxarkən ona hücum edilib. Hücum nəticəsində Koca və yanındakı 2 nəfər yaralanıb.

Xəstəxanaya yerləşdirilən yaralıların həyatı təhlükəsinin olmadığı bildirilib.

Hücum edənlərin yaxalanması istiqamətində əməliyyat aparılır.

 


Geri qayıt