Əsas Səhifə > Hadisə, Slayd > GƏNCƏDƏ YAŞAYIŞ BİNASINDA PARTLAYIŞ
GƏNCƏDƏ YAŞAYIŞ BİNASINDA PARTLAYIŞ20-11-2018, 10:17 |
Bu gün səhər saatlarında Gəncə şəhərinin Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasında partlayış baş verib. “AzerTaym.az” report-a istinadla xəbər verir ki, bu haqda FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub. Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Mülki müdafiə qoşunlarının və Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri qeyd olunan ünvana cəlb olunub, digər aidiyyəti dövlət qurumları məlumatlandırılıb. İlkin məlumata görə, 3 girişdən ibarət binanın 1-ci girişindəki mənzillər dağılıb. Dağıntılar altında qalanların olduğu ehtimal olunur. Hazırda axtarış-xilasetmə işləri aparılır. İlkin ehtimala görə, partlayış qaz sızması nəticəsində baş verib.
Geri qayıt |