Əsas Səhifə > Hadisə > AZƏRBAYCAN İES-də tüstülənmə:
AZƏRBAYCAN İES-də tüstülənmə:16-12-2018, 08:57 |
Axşam saatlarında Azərbaycan İstilik Elektrik Stansiyasının 7-ci enerji blokunda tüstülənmə baş verib. Tüstülənməyə stansiyanın enerji blokunda yaşanan nasazlıq səbəb olub. Dərhal hadisə yerinə 6-dan çox yanğınsöndürmə briqadası cəlb olunub. Məlum olub ki, tüstülənmə blokun nasos hissəsində baş verən yağ axıntısı səbəbindən olub. Hadisə nəticəsində stansiyanın 1991-ci il təvəllüdlü Əliyev Vahid İsmayıl oğlu tüstüdən zəhərlənib. Ona yerindəcə tibbi yardım göstərilib. Hazırda nasazlığın aradan qaldırılması üçün iş aparılır. Geri qayıt |