Əsas Səhifə > Hadisə > Məşhur aparıcının maşınına basqın edildi

Məşhur aparıcının maşınına basqın edildi


8-01-2019, 23:56

Aparıcı Könül Muxtarovanın maşını qarət olunub.

Dərgi.az xəbər verir ki, hadisə Azər Əliyev küçəsində baş verib.

Belə ki, 90 KM 404 nömrəli “Nissan Micro” markalı avtomobilini adı çəkilən küçədə saxlayıb qonaq gedən aparıcı geri qayıdarkən şoka düşüb.

Onun maşınının ön qapısının pəncərəsi sındırılıb və içəridə olan 300 dollar məbləğində pul götürülüb.

Muxtarova artıq insidentlə bağlı 102 xidmətinə məlumat verib. 

 


Geri qayıt