Əsas Səhifə > Hadisə > PREZİDENT minimum əməkhaqqını 38,5 faiz artırdı

PREZİDENT minimum əməkhaqqını 38,5 faiz artırdı


9-02-2019, 20:29

Prezident minimum əməkhaqqını 38,5 faiz artırdı (SƏRƏNCAM)

Prezident İlham Əliyev "Minimum aylıq əməkhaqqının artırılması və "Minimum aylıq əməkhaqqının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə" sərəncam imzalayıb. 
 "AzerTaym.az" bildirir ki, sərəncamla minimum aylıq əməkhaqqının məbləği 2019-cu il martın 1-dən 180 manat müəyyən edilib.
Sərəncamda Nazirlər Kabinetinə müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, Azərbaycanda indiyədək minimum aylıq əməkhaqqının məbləği 130 manat idi. 

Geri qayıt