Əsas Səhifə > Hadisə > İlham Məmmədov "Veysəloğlu"dan
İlham Məmmədov "Veysəloğlu"dan11-06-2019, 21:50 |
"Veysəloğlu" Şirkətinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri İlham Məmmədov vəzifəsindən ayrılıb. "AzerTaym.az" bildirir ki, bu barədə İlham Məmmədov öz facebook səhifəsində məlumat yayıb. "Bu gündən etibarən hər zaman sevərək və məsuliyyətimlə adını daşıdığım “Veysəloğlu” Şirkətlər Qrupundan ayrıldım. Çox şadam ki, ölkəmizdə minlərlə insanın çalışdığı və ailəsini dolandırdığı, özünün korporativ dəyərləri olan belə bir şirkət var. Qida sektorunda, əsasən də idxal və dağıtım, istehsal və pərakəndə sahəsində daim inkişaf edərək ölkə iqtisadiyyatına töhfəsini verən, cəmiyyətin bütün sahələrində daim insanların yanında olmağa çalışan bir komandaya malik Veysəloğlu şirkətində çalışmaqdan məmnun oldum.
Geri qayıt |