Əsas Səhifə > Hadisə, Slayd > “Naxçıvan da təhlükədədir”
“Naxçıvan da təhlükədədir”8-09-2015, 13:28 |
![]() Deputat Fazil Mustafa hadisə ilə bağlı açıqlamasında bildirir: “İndi də Naxçıvan sərhəd qapısına yaxın yerdə Türkiyədə İğdır ilində PKK tərəfindən daha 10 nəfər şəhid edildi. Məlumunuz olsun ki, hazırda İğdır bələdiyyə başqanı və oradan seçilən bütün millət vəkilləri HDP-dəndir və bu gün siyasi savadsızlıq üzündən İğdırı kürd terrorçularına təslim edən AKP, MHP və CHP yönəticiləri utanc duymalıdırlar. Elə strateji bölgələr var ki, orada terrorçulara yol açmamaq üçün mütləq daha çox şansı olanların uzlaşması gərəkirdi. Əvvəllər yenə MHP heç olmazsa bir yer qazanırdı, bu dəfə onu da itirdilər. Bu uzlaşmanı Türkiyə və Azərbaycan naminə etmədilər, indi İğdırla yanaşı Naxçıvan özü də təhlükədədir. Məncə önümüzdəki illərdə Azərbaycan rəhbərliyi də bu məsələyə yönəlik ciddi tədbirlər görməyi düşünməlidir"- deyə F.Mustafa qeyd edir.
Geri qayıt |