Əsas Səhifə > Hadisə, Slayd > Zakir Həsənov müharibə anonsu verdi – FOTOLAR
Zakir Həsənov müharibə anonsu verdi – FOTOLAR9-09-2015, 23:52 |
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov təlimlərə cəlb edilən hərbi vəzifəlilərlə görüşüb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, hərbi hissəyə gələn Müdafiə Nazirliyinin rəhbər heyəti əvvəlcə ulu öndər Heydər Əliyevin burada ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar. Müdafiə naziri ehtiyatdan çağırılan şəxsi heyətə təlim toplanışında məsuliyyətlə iştirak etdiklərinə, Vətənin müdafiəsi üçün yenidən xidmətə cəlb olunmağa hazır olduqlarına görə təşəkkürünü bildirərək deyib: “İlk növbədə Vətən, xalq qarşısında borcunuzu dərk edib çağırışla gəldiyinizə görə sizə minnətdarlığımı bildirirəm. 20 ildən artıqdır ki, torpaqlarımız işğal altındadır və sülh danışıqları heç bir nəticə vermir. Azərbaycan dövləti daim öz ordusuna qayğı göstərərək gücünü gündən-günə artırır. Düşmənimiz birmənalı şəkildə bilməlidir ki, biz torpaqlarımızın işğalı ilə heç vaxt barışmayacağıq. Danışıqlar bir nəticə verməzsə, gücümüzü göstərərək torpaqlarımızı işğaldan azad edəcəyik. Nazir əlavə edib ki, ehtiyatda olan hərbi vəzifəlilər bu təlimlərdə iştirak etməklə əvvəllər qazandıqları döyüş vərdişlərini, hərbi ixtisaslarını və təcrübələrini təkmilləşdirməklə yanaşı, ordumuzda olan müasir silahlar, hərbi texnika nümunələri ilə yaxından tanış olmaq, onların istismar qaydalarını öyrənmək imkanı əldə ediblər.
Geri qayıt |