Əsas Səhifə > Hadisə, Slayd > FHN Quba və Qusarda baş vermiş sellə bağlı məlumat yaydı
FHN Quba və Qusarda baş vermiş sellə bağlı məlumat yaydı17-09-2015, 10:47 |
Quba, Qusar rayonlarında yağan leysan yağşlar fərdi yaşayış evlərinə dolub, bir ev uçub.
Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərə görə, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Quba, Qusar rayonları ərazilərində yağan leysan xarakterli yağışlar nəticəsində bir neçə fərdi yaşayış evlərinin həyətyanı sahələrinə və zirzəmilərinə su dolub. Nəticədə bir ev qismən uçub, dağıntılar altında 1 nəfər qalıb. Əraziyə cəlb edilmiş Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən həmin şəxs çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Geri qayıt |