Əsas Səhifə > Hadisə > Karantin qaydalarını pozanların sayı azalıb - DYP
Karantin qaydalarını pozanların sayı azalıb - DYP11-04-2020, 17:48 |
Vaqif Əsədov: "Ötən günlərə nisbətən yollarda nəqliyyat vasitələrinin sayı azalıb" Vaqif Əsədov həmçinin qeyd edib ki, aparılan yoxlamaların, yollarda qurulan postların əsas məqsədi virusun qarşısını maksimum şəkildə almaqdır. Əgər biz hamılıqla karantin qaydalarına bu cür riayət olunmağa davam edilsə virusun qarşısını tezliklə almış olarıq. Buradan hər kəsə bir daha müraciət edərək bildiririk ki, zərurət olmadığı təqdirdə evdən çıxmasınlar. Karantin qaydalarına əməl etsinlər. Bir sözlə özünü təcrid qaydalarına uyğun olaraq evdə qalmaq vacib və mütləqdir. "AzerTaym.az" bildirir ki,bu sözləri Avtosfer.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib. Məlumat üçün bildirək ki, Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 10.04.2020-ci il saat 00:00-dan 11.04.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1909 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib. Geri qayıt |