Əsas Səhifə > Hadisə > Ölkə rəhbərliyi Abuzər Xələfovun vəfatı ilə bağlı başsağlığı

Ölkə rəhbərliyi Abuzər Xələfovun vəfatı ilə bağlı başsağlığı


27-04-2020, 19:39

Ölkə rəhbərliyi Abuzər Xələfovun vəfatı ilə bağlı başsağlığı verib

Prezident İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban Əliyeva Azərbaycanda kitabxana işi üzrə tanınmış tədqiqatçı, Əməkdar elm xadimi Abuzər Xələfovun vəfatı ilə bağlı başsağlığı verib.

"AzerTaym.az" bildirir ki, Abuzər Xələfov 2020-ci il aprelin 27-də, 89 yaşında vəfat edib.

Abuzər Xələfov kitabxana işinin tarixinə, kitabxanaşünaslığın nəzəriyyəsi və metodikasına dair 500-ə yaxın əsərin, o cümlədən monoqrafiyaların, dərslik və dərs vəsaitlərinin müəllifi idi. O, yüksək hazırlıqlı mütəxəssislərin yetişdirilməsi işinə xüsusi diqqət göstərirdi. Kitabxanaçılıq və biblioqrafiyaşünaslıq istiqamətləri üzrə respublikada formalaşmış kadrların əksəriyyəti onun yetirmələridir.


Geri qayıt