Əsas Səhifə > Hadisə, Slayd > RUS ORDUSU İŞİD-i MƏHV EDƏCƏK! - İŞİD-in qorxmalı olduğu 5 silah növü
RUS ORDUSU İŞİD-i MƏHV EDƏCƏK! - İŞİD-in qorxmalı olduğu 5 silah növü27-09-2015, 16:06 |
Rusiya, artıq keçən həftədən İŞİD-ə qarşı mübarizə aparmağa tam qərar verib. Rusiya aviasiyasının və quru qoşunlarının Suriyaya göndərilməsi ilk növbədə Əsəd rejiminin qorunması, sonra isə İŞİD-in törətdiyi dəhşətlərin qarşısının alınması məqsədi daşıyır. Sözsüz ki, burada əsas məsələ Rusiyanın Yaxın Şərqdəki təsirinin saxlanılmasından ibarətdir. İŞİD-in Əsəd rejiminə qarşı olan ciddi təhlükəsini nəzərə alaraq, rusların onlarla birbaşa qarşıdurması ehtimalının tamamilə mümkün olmasını söyləmək olar.(The National interest) Bəs, Rusiyanın Suriyaya göndərdiyi qüvvələr və texnika İŞİD-ə qarşı mübarizəyə necə təsir göstərə bilər? - Su-25 “Su-25” təyyarəsi dünyanın ən yaxşı hücum təyyarələrindən biridir. ”Su-25” İŞİD-ə qarşı İraq və İran Hərbi Hava Qüvvələrinin tərkibində döyüşür. ”Su-25” raket və bombalarla təchiz olunub. Digər tərəfdən isə onun gövdəsində 30 millimetr çapında aviasiya topu da yerləşdirilib. - Xüsusi təyinatlılar Son 15 ildə ABŞ terror əleyhinə aktiv əməliyyatlar aparmaq və həmçinin də düşmənin ənənəvi hərbi qruplaşmalarına qarşı xüsusi təyinatlı güclər və yüksək dəqiqlikli aviasiya zərbələrindən istifadə edib. “Əfqan modeli” adlandırılan bu sistemdə, texniki-taktiki planda yaxşı silahlanmış yerüstü qüvvələrin minimal fəaliyyəti nəticəsində rəqibin adi qoşunlarına qalib gəməyə imkan verir. - Mİ-24 Partizan dəstələri və müqavimət qüvvələrinə qarşı mübarizədə “Mi-24” vertolyotları mühüm rol oynayırlar.Bu təyyarələr uzun müddətdir ki, Rusiya ordusuna etibarla xidmət göstərir. 1970-ci illərdən dünyanın müxtəlif ordularının döyüş cərgəsində yer alan bu vertolyotlar, sovetlərin Əfqanıstanda apardıqları müharibədə xüsusi ilə fərqlənirdi. Hazırda “Mi-24” vertolyotları Suriyadakı vətəndaş müharibəsində aktiv şəkildə Əsəd rejiminin ordusunun tərkibində döyüş əməliyyatlarında iştirak edir. - BTR 82A Analitiktiklər tərəfindən Suriyada xüsusilə qeyd edilən texnika, quru qoşunları üçün nəzrədə tutulan “BTR -82A” zirehli transpartyorudur. Adi, lakin quru qoşunlarının mobilliyini və müdafiəsini təmin edən müasir döyüş maşını olan “BTR-82A”, piyadalar üçün müəyyən atəş dəstəyi verir. Son zamanlar çəkilən fotolar həmin zirehli transpartyordan, həm Rusiya, həm də Suriya ordusunun istifadə etdiyini göstərir. - Pilotsuz uçuş aparatları Rusiya ordusunun Əsəd rejimi üçün verəcəyi ən mühüm töhfə kəşfiyyat məlumatlarından ibarət ola bilər.Düzdür, İŞİD mövqelərini müəyyənləşdirməkdən ötrü pilotsuz uşuş apratından Qərb qüvvələri istifadə etsə də, ancaq bu məlumatların heç biri Əsədə ötürülmür. Yekun Rusiya Suriyaya qoşun göndərməklə, özü üçün külli miqdarda problemlər yarada bilər. Çünki Moskva Yaxın Şərqdə ən çox nifrət edilən adamın tərəfində yer alıb. Hətta əgər Rusiya qüvvələrinə Rusiya hücumlarının qarşısını almaq və Əsəd rejimini xilas etmək müyəssər olarsa, onda Moskva, öz ərazisinə çox pis nəzarət edən və hədsiz zəifləmiş müttəfiq peyk dövlət qazanacaq. Müsbət məsələ kimi, onu qeyd etmək olar ki, son on il ərzində Rusiya məhdud kontingentli ordulardan istifadə etməklə, böyük uğurlar əldə edib və onun Suriyaya müdaxiləsi İran ilə münasibətlərdə yeni səhifə aça bilər. Lakin heç şübhə yoxdur ki, Vladimir Putin çox riskli bir oyuna girişib. Bu riskin nə dərəcədə böyük olduğunu isə Rusiya silahının gücü müəyyənləşdirəcək. AzPolitika.info Geri qayıt |