Əsas Səhifə > Hadisə > Operativ Qərargahda qərarları bu şəxslər qəbul edir

Operativ Qərargahda qərarları bu şəxslər qəbul edir


25-06-2020, 20:56

Operativ Qərargahda qərarları bu şəxslər qəbul edir - RƏSMİ

Operativ Qərargah Nazirlər Kabinetinin nəzdində yaranan qurumdur və orada bütün dövlət qurumlarının nümayəndələri ən yüksək səviyyədə təmsil olunur.

Publika.az xəbər verir ki, bunu TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Operativ Qərargahın bugünkü brifinqində deyib.

Qarayeva bildirib ki, virusun yayılmasının qarşısı kifayət qədər alınıb: "Bu müddətdə dərman vasitələrinin ölkəyə gətirilməsi, xəstəxanaların hazırlanmasına nail olduq. Biz sadəcə istəyirik ki, bundan sonra rəqəmlər artmasın".

ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı əlavə edib ki, virusun yayılması eksponsional xarakter daşıyır: "Virusa yoluxanları gördüyünüz zaman çox gec ola bilər. Virusa yoluxanlar artacaq. Heç kim özünü qorumasa, biz bunun şahidi olacağıq".

 


Geri qayıt