Əsas Səhifə > Hadisə > “AA” seriyalı maşın da postdan geri qaytarıldı

“AA” seriyalı maşın da postdan geri qaytarıldı


28-06-2020, 10:59

“AA” seriyalı maşın da postdan geri qaytarıldı

Karantin rejimi ilə əlaqədar rayonlarla gediş-gəliş məhdudlaşdırılsa da, bəziləri buna əməl etmir.

"Qafqazinfo" xəbər verir ki, icazəsi olmadan növbəti dəfə rayonlara üz tutmaq istəyənlər xüsusi postlardan geri qaytarılıb.

Geri qaytarılan maşınlar arasında AA seriyası olan avtomobil də diqqət çəkib. Belə ki, 90-AA-181 dövlət nömrə nişanlı "Nissan" markalı avtomobil icazəsi olmadığı üçün postdan geri qaytarılıb. Həmin an AzTV-nin sujetində əks olunub.

 


 


Geri qayıt