Əsas Səhifə > Hadisə > İranda bir gündə koronavirusdan
İranda bir gündə koronavirusdan7-07-2020, 21:37 |
İranda son 24 saat ərzində daha 200 nəfər COVID-19 yoluxucu xəstəliyi səbəbindən həyatını itirib. Bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü Sima Səadət Lariyə açıqlama verib. Bildirilib ki, bu pandemiya başlayandan etibarən bir gündə qeydə alınan ən yüksək ölüm sayıdır. Ölkədə 1 milyon 794 min 727 nəfərin koronavirus testindən keçdiyi qeyd olunub. /“Qafqazinfo” Qeyd edək ki, bu yaxınlarda İranın Yoluxucu Xəstəliklərlə Mübarizə Komitəsinin üzvü Məsud Mərdani ölkə üzrə ümumilikdə 18 milyon insanın koronavirusa yoluxduğunu bildirmişdi. Geri qayıt |