Əsas Səhifə > Hadisə > Azərbaycanda koronavirusla bağlı günün SON

Azərbaycanda koronavirusla bağlı günün SON


29-07-2020, 21:39

Azərbaycanda koronavirus testlərinin sayı 700 mini keçdi

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 29-na olan statistik göstəriciləri açıqlayıb.

"AzerTaym.az" bildirir ki, məlumata əsasən hazırda ölkədə 6288 nəfər aktiv koronavirus xəstəsi var.

Onlardan 285 nəfər reanimasiyada, 67 nəfər isə süni tənəffüs cihazındadır.

Ümumilikdə 31 221 nəfər virusa yoluxub, 24 495 nəfər sağalıb.

Qeyd olunub ki, bu gün 9817 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 708 632 test aparılıb.

Qeyd edək ki, bu gün 363 koronavirusa yoluxma faktı qeydə alınıb, 8 nəfər dünyasını dəyişib, 622 nəfər sağalıb.


Geri qayıt