“Aznar” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Göyçay Rayon İcra Hakimiyyətini məhkəməyə verib. “Report” xəbər verir ki, QSC icra hakimiyyətinin sərəncamının ləğv edilməsini tələb edir. İddiaya əvvəlcə Şəki İnzibati-İqtisadi Məhkəməsində baxılıb. Məhkəmə iddianı təmin etməyib. Şəki Apellyasiya Məhkəməsi Şəki İnzibati-İqtisadi Məhkəməsinin aktını ləğv edərək yeni qərar qəbul edib. İddiaya Azərbaycan Ali Məhkəməsində baxılacaq. Qeyd edək ki, “Aznar” QSC-nin Müşahidə Şurasının sədri azərbaycanlı milyarder Fərhad Əhmədovdur. F.Əhmədov hazırda Rusiya Federasiyasında yaşayır. “Aznar” QSC-nin ofisi Göyçay şəhərindədir.
Geri qayıt
|