Əsas Səhifə > Hadisə, Slayd > Əli Abbasov əmr verdi, yeni qərargah yaradıldı
Əli Abbasov əmr verdi, yeni qərargah yaradıldı6-10-2015, 13:52 |
2017-ci ildə Bakı şəhərində keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının telekommunikasiya, internet, mobil və yayım xidmətləri ilə təmin edilməsi haqqında əmr imzalanıb. "AzerTaym.az" Strateq.az- a istinadən xəbər verir ki, Rabitə və yüksək texnologiyalr naziri Əli Abbasov "IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 18 sentyabr 2015-ci il tarixli 1413 nömrəli Sərəncamına uyğun olaraq, IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə keçirilməsi və Oyunların keçiriləcəyi stadionlar, arenalar, idman mərkəzlərinin keyfiyyətli, fasiləsiz və dayanıqlı telekommunikasiya, internet, mobil və yayım xidmətləri ilə təmin edilməsi məqsədi ilə əmr imzalayıb. 2017-ci ildə Bakı şəhərində keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının telekommunikasiya, internet, mobil və yayım xidmətləri ilə təmin edilməsinə dair mənim rəhbərliyimlə aşağıdakı tərkibdə qərargah yaradılsın: Nazirin birinci müavini, qərargah rəhbərinin müavini - İ.Məmmədov təyin edilsin. 3.2 oyunların keçirilməsinin təşkili üçün tələb olunan radiotezliklərin ayrılmasına dair tədbirlər görülsün; 3.3 işlərin gedişatı barədə operativ və mütəmadi məlumatlar hazırlansın və mənə məruzə edilsin; 3.4. Texniki təkliflərin hazırlanması və məsləhətləşmələrin aparılması məqsədilə zərurət yarandığı təqdirdə, birlik və müəssisələrdən mütəxəssislər və əlavə ekspertlər cəlb edilsin. Geri qayıt |