Əsas Səhifə > Hadisə > Ukraynada hərbi təyyarə düşdü, 22 nəfər öldü - Video
Ukraynada hərbi təyyarə düşdü, 22 nəfər öldü - Video26-09-2020, 00:35 |
Ukraynanın Xarkov vilayətinin Çuquyev rayonu yaxınlığında AN-26 hərbi təyyarəsi qəzaya uğrayıb. “Qafqazinfo” Ukrayna KİV-nə istinadən xəbər verir ki, Hərbi hava Qüvvələrinin Xarkov Universitetinin kursantlarının olduğu təyyarə 2 kilometr uçduqdan sonra düşüb. Rostov şosseis yaxınlığına düşən təyyarənin hansı istiqamətdə uçması hələlik bilinmir. Qəza zamanı ölənlərin və yaralananların olduğu bildirilir. Hadisə yerinə axtarış-xilasetmə qrupu yollanıb. İnsidentin səbəbi aydınlaşdırılır. *** Ukrayna Daxili İşlər Nazirliyinin məlumatına görə, təyyarənin göyərtəsində 23 nəfər olub. Onlardan 5-i heyət üzvü, 18-i kursantdır. Göyərtədəkilərdən 20-si ölüb, 2-nin vəziyyəti ağırdır. *** Ukrayna DİN qəza ilə bağlı daha bir məlumat yayıb. Bildirilir ki, göyərtədə 28 nəfər olub. onlardan 7-si heyət üzvü, 21-i kursantdır. *** Xarkov vilayətinin regional dövlət administrasiyasının rəhbəri Aleksey Kuçer qəza zamanı 22 nəfərin öldüyünü, 2 nəfərin yaralandığını, 4 nəfərin isə taleyinin naməlum olduğunu bildirib.
Geri qayıt |