Əsas Səhifə > Hadisə > Azad olunmuş ərazilər erməni leşləriylə

Azad olunmuş ərazilər erməni leşləriylə


15-10-2020, 23:33

Azad olunmuş ərazilər erməni leşləriylə doludur...

Azərbaycan Ordusu erməni əsgərlərini milçək kimi qırır. Düşmən özgə torpağına soxulmağın bədəlini çox ağır ödəyir. İşğaldan azad olunmuş ərazilər üst-üstə qalaqlanmış erməni leşləriylə doludur. Xankəndində sahiblərini gözləyən boş tabutlar uca dağı xatırladır. Dağ çəkmək növbəsi bu dəfə bizdədir...

Düşmən üzləşdiyi faciənin miqyasını yavaş-yavaş anlamağa başlayır. Belə getsə, beynəlxalq təşkilatların atəşkəs arzusu tezliklə reallaşacaq. Qarabağdakı sonuncu erməni əsgəri öldürüləndən sonra atəşkəs bir daha pozulmayacaq.

Paşinyandan sonra indi də Zöhrab Mnasakayan telefondan asılı qalıb. Minnətçi düşmədiyi, yalvarmadığı adam qalmayıb. Ermənistanla az-çox münasibəti olan dövlət xadimləri axşam 6-dan sonra telefonlarını söndürürlər. Bir ovuc kütbeyin erməni dünyanı girinc edib. Bu adamlar hələ də anlamırlar ki, yeganə çıxış yolu silahı atıb, Qarabağdan rədd olub getməkdir. Şanlı ordumuz düşməni anladığı dildə başa salır...

Beş minə yaxın erməni əsgərindən xəbər yoxdur. Onların çoxu məhv edilib. Çox güman ki, əsir düşənlər də var. Bu məsələ son günlər sosial şəbəkələrdə də ciddi müzakirə olunur. Ermənilər özləri də çoxminli itki verdiklərinin fərqindədir. Ermənistanın hərbi-siyasi rəhbərliyi isə cəmiyyətin başının altına yastıq qoyub: “Övladlarınız ön cəbhədədir”.

Bəli, özgə torpağına soxulan bu adamlar ön cəbhədədir. Amma özləri yox, leşləri...

Səmimi deyirəm, Ermənistan cəmiyyətinin bu qədər kütbeyin olduğunu bilmirdim. Paşinyan kimi dələduz erməni xalqını hər gün aldadır. Təsəvvür edin ki, Azərbaycan yaşayış məntəqələrini bir-birinin ardınca işğaldan azad edir, Ermənistan Müdafiə Nazirliyinin rəhbərliyi isə deyir ki, özümüz geri çəkilirik. Guya kişi qırıqları bizə tələ qururlar. Hansı ki, hər gün özləri tələyə düşüb qarışqa kimi qırılırlar. Bu, cəhənnəm! Ötən gün də Hadrutun işğaldan azad olunmasını təkzib etməyə çalışıdılar. Sən demə, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı videogörüntülərdəki qəsəbə başqa yaşayış məntəqəsiymiş. Azərbaycanın aktiv sosial şəbəkə iştirakçıları ötən il bu vaxt Hadrutda çəkilmiş şəkilləri onların gözünə soxandan sonra dilləri qarınlarına girdi...

Sonda vacib bir məqama da toxunmaq istəyirəm. Əslində, neçə gündür bu barədə düşünürəm. Erməni anaları Paşinyanın onların oğullarını qurbanlıq qoyun kimi Azərbaycan əsgərinin ayaqları altına atmasına niyə dözürlər? Niyə etiraz səslərini ucaltmırlar? Nədən soruşmurlar ki, İrəvanda, İcəvanda, lap elə Qafanda doğulan uşaq niyə Cəbrayılda həlak olmalıdır? Bir ana öz övladının özgə torpaqlarda ölməsinə necə göz yuma bilər?

Qarabağda məhv edilən erməni əsgərlərinin qanı təkcə Paşinyanın deyil, həm də “Böyük Ermənistan” xülyasıyla məst olmuş həmin anaların vicdanına yazılır...

Seymur VERDİZADƏ


Geri qayıt