Əsas Səhifə > Hadisə > “Biz 50 milyarda da razılaşa bilərik, Zəngəzura da...”

“Biz 50 milyarda da razılaşa bilərik, Zəngəzura da...”


24-11-2020, 20:23

“Biz 50 milyarda da razılaşa bilərik, Zəngəzura da...” - Politoloq

"Bunu açıq demək lazımdır. Ermənistan özünü yaxşı aparmasa, Azərbaycana qarşı ərazi iddiaları ürəli sürsə, növbəti müharibə məhz Ermənistanın Zəngəzuru itirməsi və Azərbaycanın tarixi torpaqlarının geri qaytarılması ilə nəticələnə bilər”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Elxan Şahinoğlu Ermənistanın Respublikaçılar Partiyasının rəsmi nümayəndəsi Eduard Şarmazanovun Zəngəzurun Azərbaycana verilməsi ilə bağlı açıqlamasını şərh edərkən deyib. O ermənilərin Azərbaycanın işğal altında olan bütün ərazilərini darmadağın etdiyini xatırladıb:
 
"Biz 50 milyarda da razılaşa bilərik, Zəngəzura da. İkisindən biri, seçim onlarındı. Noyabrın 23-də dövlət başçısı və birinci Vitse-prezident Ağdamda olub. Bir dənə də olsun sağlam bina yoxdur. Füzuli, Qubadlı, Zəngilan və başqa rayonların hansına baxırsan, dağıdıblar. Bunun təzminatı ödənməlidir. Bunlar vaxti ilə Azərbaycanın ən inkişaf etmiş bölgələri olub. Kənd təsərrüfatında böyük faydası vardı, fabrik və zavodları işləyirdi. Bunun təzminatı mütləq ödənməlidir. 50 milyard dollar havadan götürülməyib. Bu məsələ mütləq beynəlxalq məhkəməyə verilməli və təzminat tələb edilməlidir”.
Ermənistanın Respublikaçılar Partiyasının rəsmi nümayəndəsi Eduard Şarmazanovun "Paşinyan deyəcək ki, bizdə 50 milyard olmadığına görə Zəngəzuru sizə veririk” fikirinə gəlincə Elxan Şahinoğlu bu məsələnin bir neçə gündür gündəmə gəldiyini deyib:
"Zəngəzur məsələsi neçə gündür gündəmə gətib, Paşinyanı bununla hədələyirlər. Çünki liderlərin bəyanatına görə, Naxçıvanla Azərbaycanın arasında yol açılmalı, gediş-gəliş olmalıdır. Bu, erməniləri narahat etməyə başlayıb. Düşünürlər ki, gələcəkdə həmin hissəni də itirə bilərlər”.
Qeyd edək ki, Ermənistanın Respublikaçılar Partiyasının rəsmi nümayəndəsi Eduard Şarmazanov deyib: "Beynəlxalq məhkəmələrdə artıq Ermənistanın Azərbaycana ödəməli olduğu 50 milyard dollardan bəhs edilir. Nikol yenə danışıqlara gedib, deyəcək ki, bizdə 50 milyard olmadığına görə Zəngəzuru sizə veririk"

Geri qayıt