Əsas Səhifə > Hadisə > Abşeron kanalının Suraxanıdan keçən supaylayıcı qolu təmizlənib

Abşeron kanalının Suraxanıdan keçən supaylayıcı qolu təmizlənib

1-12-2020, 16:11

Abşeron kanalının Suraxanıdan keçən supaylayıcı qolu təmizlənib - Fotolar

Abşeron kanalının Suraxanı rayonu, Hövsan qəsəbəsindən keçərək Xəzər dənizinə tökülən supaylayıcı qolu uzun illərdir qəsəbə sakinləri tərəfindən əkin sahələrinin və həyətyanı torpaq sahələrinin suvarılmasında istifadə olunur.

 "AzerTaym.az" bildirir ki, müşahidə edilən intensiv yağıntılar zamanı sözügedən kanalın daşıması nəticəsində yola axan su həmin ərazidən keçməkdə çətinlik yaratmaqla bərabər, eyni zamanda ətrafdakı həyətlərə və fərdi yaşayış evlərinə də axaraq subasma təhlükəsi yaradırdı.

Yaşanan problemin aradan qaldırılması üçün Suraxanı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən kanalın bu hissəsi məişət tullantıları, lil, ot və qamışlardan təmizlənərək normal istifadə vəziyyətinə gətirilmiş və gələcəkdə yenidən yaranacaq su yığılmalarının və onun törədə biləcəyi fəsadların qarşısı alınıb.

Geri qayıt