Əsas Səhifə > Hadisə > “Zəfər yolu”nun istifadəyə veriləcəyi tarix açıqlandı

“Zəfər yolu”nun istifadəyə veriləcəyi tarix açıqlandı


19-01-2021, 17:50

“Zəfər yolu”nun istifadəyə veriləcəyi tarix açıqlandı

Şuşa yolunun genişləndirilərək II texniki dərəcəyə uyğun inşası davam etdirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən xəbərə görə, “Zəfər yolu” boyunca tikinti işlərinin birinci mərhələsi yekunlaşdırılıb. Cəmi iki ay ərzində sözügedən yol genişləndirilib, yeni torpaq yatağı inşa edilib. Artıq “Zəfər yolu” ilə rahat gediş-gəliş təmin olunub.

Bu ilin sentyabr ayınadək isə yolun tam olaraq iki hərəkət zolağı enində asfaltlanaraq istifadəyə verilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Prezident İlham Əliyev Şuşaya səfəri zamanı 101.5 km uzunluğa malik bu yolu “Zəfər Yolu” adlandırıb. 

"AzerTaym.az" 

 




 


Geri qayıt