Əsas Səhifə > Hadisə > “Baharın on yeddi anı”nın ulduzu vəfat etdi...

“Baharın on yeddi anı”nın ulduzu vəfat etdi...


23-02-2021, 03:38

Ştirlis”in rabitəçisi “Ket” vəfat edib – Yekaterina Qradova dünyasını dəyişdi (FOTO)

RSFSR-in Əməkdar artisti Yekaterina Qradova 74 yaşında dünyasını dəyişib.

“AzerTaym.az" qafqazinfo-ya istinadən bildirir ki, bu barədə onun qızı Mariya Mironova instaqram hesabında məlumat verib.

“Anam bu gün qəflətən həyatdan getdi... Ürəyim parçalanır”, - o yazıb.

“Moskovski Komsomolets” nəşri Y. Qradovanın ailəsinə yaxın mənbəyə istinadən onun insultdan vəfat etdiyini bildirib.

Qeyd edək ki, Y. Qradova 1946-cı ildə Moskvada anadan olub. “Baharın on yeddi anı” telefilmində yaratdığı radist Ket rolu ona dünya şöhrəti qazandırıb. Aktrisa, həmçinin “Böyük bir evin kiçik komediyaları”, “Uzuncorab Peppi”, “Görüş yerini dəyişmək olmaz” və s. filmlərdə çəkilib. 1971-1976-cı illərdə aktyor Andrey Mironovla nikahda olub.

“Baharın on yeddi anı”nın ulduzu vəfat etdi

Yekaterina Qradova və Mariya Mironova


Geri qayıt