Əsas Səhifə > Hadisə > İsraildə küçədə tibbi maska taxma tələbi

İsraildə küçədə tibbi maska taxma tələbi


18-04-2021, 20:16

İsrail Səhiyyə Nazirliyi ölkədəki koronavirusa yoluxma səviyyəsinin azalması ilə əlaqədar olaraq küçədə qoruyucu maskalar taxma tələbini ləğv edib.

 Modern.az-ın TASS-a istinadən məlumatına görə, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb:

 “Statistika göstərir ki, ölkə daxilindəki xəstələnmə səviyyəsində azalma davam edir. Bunun üçün 18 aprel 2021-ci ildən etibarən küçədə maska taxmamağa icazə verilir”.

 Bununla yanaşı, Səhiyyə Nazirliyi açıq görüşlərdə iştirak edərkən qoruyucu maskalardan istifadə etməyə davam etməyi tövsiyə edib.

 Şəxsi yaşayış sahəsi xaricində qapalı yerlərdə maska taxmaq məcburiyyət olaraq qalır.


Geri qayıt