Əsas Səhifə > Hadisə > SƏRHƏDÇİLƏRİMİZ ERMƏNİLƏRƏ HƏDDİNİ GÖSTƏRDİ

SƏRHƏDÇİLƏRİMİZ ERMƏNİLƏRƏ HƏDDİNİ GÖSTƏRDİ


2-05-2021, 12:17

Ermənistanla sərhəddə Azərbaycan hərbçilərindən peşəkarlıq dərsi (VİDEO)

Ötən gün sosial şəbəkələrdə Azərbaycan-Ermənistan sərhədçiləri arasında mübahisənin qeydə alındığı görüntülər yayılıb.

Musavat.com-un əldə etdiyi məlumata görə, sözügedən hadisə Azərbaycan-Ermənistan sərhədinin Zəngilan istiqamətində baş verib.

Videoda Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbçiləri ilə erməni hərbçiləri arasında mübahisə yer alıb. Videoda Azərbaycan hərbçilərinin peşəkar davranışı, sərgilədiyi və prinsipiallıq böyük rəğbətlə qarşılanıb.

Videodan görünür ki, yüksək hazırlıqlı Azərbaycan hərbçiləri qarşısında duruş gətirə bilməyən düşmən zabit və əsgərləri gülünc vəziyyətə düşürlər.

Həmin görüntüləri təqdim edirik:

 


 


Geri qayıt