Əsas Səhifə > Hadisə > İctimai TV-nin “Ozan Məclisi” Kəlbəcərdən yayınlandı

İctimai TV-nin “Ozan Məclisi” Kəlbəcərdən yayınlandı


10-10-2021, 22:17

İctimai TV-nin “Ozan Məclisi” Kəlbəcərdən yayınlandı - Video

Hər həftənin bazar günü efirə gedən İctimai Televiziyanın "Ozan Məclisi"nin bu dəfəki proqramı fərqli məkandan yayınlanıb.

"Ozan Məclisi"nin sonuncu buraxılışı 44 günlük savaşın nəticəsində 28 illik işğaldan azad edilmiş Kəlbəcər rayonunda çəkilib.

Proqramın müəllifi, saz-söz sənətinin mahir bilicisi Qorxmaz Tofiqoğlunun təqdimatında efirə gedən buraxılışıda Kəlbəcər rayonundan olan aşıq və şairlər - şair Elşən Əzim, Aşıq Elbrus, Aşıq Əfqan, Aşıq Şöhrət doğma yurda həsr olunmuş şeirlər səsləndiriblər, aşıq havaları səsləndiriblər.

İki hissədə çəkilmiş proqramın birinci hissəsi bu gün efirə gedib. İkinci hissə isə oktyabrın 17-də yayımlanacaq.

Birinci hissənin tam videosunu təqdim edirik:


Geri qayıt