Əsas Səhifə > Hadisə > Bakının mərkəzində narkomanlar yuvası
Bakının mərkəzində narkomanlar yuvası21-10-2021, 18:58 |
Bakının Yasamal rayonu, Zivərbəy Əhmədbəyov 10 ünvanında yerləşən tikintisi yarımçıq qalmış parklanma yerinin ərazisinə toplaşan insanların mütəmadi olaraq narkotik qəbul etdiyi iddia olunur. Sakinlərin sözlərinə görə, ərazidə hətta narkotik alqı-satqısı da həyata keçirilir. Baku TV-nin əməkdaşları sözügedən ərazidə olub, iddialara aydınlıq gətirməyə çalışıb. Adını vermək istəməyən 34 yaşlı sakin bildirib ki, o da əvvəllər narkotik istifadəçisi olub. Lakin indi bu bəladan qurtulmaq üçün mübarizə aparır. Geri qayıt |