Əsas Səhifə > Hadisə > Azərbaycanda koronavirusa yoluxanların sayı kəskin artdı,

Azərbaycanda koronavirusa yoluxanların sayı kəskin artdı,


12-11-2021, 21:04

Azərbaycanda koronavirusa yoluxanların sayı kəskin artdı, 25 nəfər öldü - Foto

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 334 yeni yoluxma faktı qeydə alınıb, 2 092 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 25 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 556 430 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 518 105 nəfər müalicə olunaraq sağalıb, 7 397 nəfər vəfat edib, aktiv xəstə sayı 30 928 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 193, ötən müddət ərzində isə ümumilikdə 5 334 410 test aparılıb.


Geri qayıt