Əsas Səhifə > Hadisə > FACİƏ: Şəhidimizin yeniyetmə bacısı dəm qazından boğulub öldü

FACİƏ: Şəhidimizin yeniyetmə bacısı dəm qazından boğulub öldü


13-11-2021, 22:39

II Qarabağ müharibəsində şəhid olan Rəşad Ağazadənin ailəsində faciə yaşanıb.

Ötən gün onun yeniyetmə bacısı Tamilla Ağazadə dəm qazından zəhərlənərək vəfat edib.

Ailə üzvlərindən BAKU.WS-ə verilən məlumata görə, hadisə dünən axşam saatlarında hamam otağında yaşanıb. Tamillanın hamamdan gec çıxdığını görən ailə üzvləri daha sonra onun zəhərləndiyinin şahidi olublar.

Yeniyetmə 8-ci sinif şagirdi olub. Bu dəqiqələrdə mərhumla vida mərasimi keçirilir.

Qeyd edək ki, Tamillanın 21 yaşlı qardaşı Rəşad Ağazadə II Qarabağ müharibəsi zamanı Suqovuşan istiqmətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. O döyüş yoldaşlarını xilas edərkən şəhid olub.


Geri qayıt