Əsas Səhifə > Hadisə > Məktəblərdə COVID-ə yoluxma: İnformasiya

Məktəblərdə COVID-ə yoluxma: İnformasiya


15-01-2022, 23:11

Məktəblərdə COVID-ə yoluxma: İnformasiya gizlədilir?

Orta məktəb və universitetlərdə yoluxma sayı ilə bağlı artıq heç bir məlumat açıqlanmır. Hansı sinifdə və ya qrupda nə qədər yoluxma olduğu, yaxud karantinə qabağndığı bilinmir. Bu, məqsədli senzuradır, yoxsa koronavirusa yoluxmaya rast gəlinmir?

Yenisabah.az-a açıqlamasında Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov deyib ki, hazırda təşviş yaradacaq hal yoxdur:

“Narahatlığa əsas görmürük. Qrip hər zaman bu fəsillərdə rast gəlinən xəstəlikdir. Belə olduğu halda təbii ki, xəstə şagird və ya müəllim varsa, bir müddət ya ev şəraitində və ya xəstəxanada müalicə olunur”.

C.Valehovun sözlərinə görə, nə Təhsil Nazirliyi, nə də Operativ Qərargahda təhsil müəssisələrində COVID-19-a yoluxma barədə məlumat yoxdur”.


Geri qayıt