Əsas Səhifə > Hadisə > “12-ci imam”ı 12 il HƏBS gözləyir

“12-ci imam”ı 12 il HƏBS gözləyir


22-09-2022, 14:07

Özünü 12-ci imam kimi təqdim edərək 40 nəfərə qarşı dələduzluq etməkdə ittiham olunan Aqil Babayevin Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işi üzrə məhkəmə araşdırması davam edir. 

Növbəti proses sentyabrın 27-də davam etdiriləcək.

Xatırladaq ki, “ŞaurmaN1” restoranlar şəbəkəsinin şəriki olmuş Aqil Babayev Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilib.

Onun barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib. İş üzrə zərərçəkmiş şəxslərə 2 milyon 500 min manat ziyan dəydiyi iddia olunur.
Maraqlıdır, vətəndaşların külli miqdarda pulunu mənimsəyən və 1 ildir məhkəməsi davam edən Aqil Babayevi hansı cəza gözləyir?

Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayev Bizim.Media-ya bildirib ki, Aqil Babayev qeyd olunan zərəri ödəməsə, həmin maddə ilə onu ən aşağısı onu 12 il həbs gözləyir:

“Əgər zərəri və hökumətin nəzərdə tutulmuş ödənişlərini ödəsə, cəzası azala bilər. Hətta hissəli də ödəsə, o mütləq həbs olunacaq. Çünki məbləğ külli miqdardadır və dəfələrlə baş verib.

Təcrübəyə əsaslanaraq deyə bilərəm ki, ona ən azı 10 il həbs cəzası kəsilə bilər. Onu da deyim ki, Aqil Babayev özünü vəzifəli şəxs kimi təqdim edib, hansısa vəd versə idi, o zaman əlavə maddə ilə ittiham nəzərdə tutulardı.
12-ci imam səlahiyyətini mənimsəmək mümkün deyil deyə, çox güman ki, ali maddə olmayacaq və məhkəmə ittiham çərçivəsində işə baxacaq”, - deyə vəkil əlavə edib.
 

 


 


Geri qayıt