Əsas Səhifə > Hadisə > Rəhim Rəhimli VƏFAT etdi...

Rəhim Rəhimli VƏFAT etdi...


30-09-2022, 12:51

Tanınmış müğənni, bəstəkar Rəhim Rəhimli vəfat edib - FOTO - VİDEO

Müğənni Rəhim Rəhimli vəfat edib.

 Bu barədə prodüser Tarix Əliyev özünün instaqram hesabında məlumat yayıb.

İfaçının ölüm səbəbi açıqlanmayıb. Bir sıra məşhurlar da R.Rəhimlinin vəfatı ilə bağlı başsağlığı paylaşımı ediblər.

Qeyd edək ki, Rəhim Rəhimli 1976-cı ilin 28 dekabr tarixində Ağdamda anadan olub. Azərbaycanlı bəstəkar, müğənni, aktyor 2006-cı ildən səhnədə idi.

Ekstravaqant tərzi ilə diqqət çəkən sənətçi, çoxsaylı klipləri və mahnıları ilə tanınır. 2018-ci ilin iyunundan 2020-ci ilin yanvar ayına kimi “MTV Azərbaycan” kanalının direktoru işləyib.

"AzerTaym.az"

 


Geri qayıt