Əsas Səhifə > Hadisə > “Azərsu”: Partlayış baş verən su kəməri sovet dövründə çəkilib,
“Azərsu”: Partlayış baş verən su kəməri sovet dövründə çəkilib,15-10-2022, 14:12 |
“Partlayış baş verən su kəməri sovet dövründə çəkilib, hər il müxtəlif yerlərdə qəzalar baş verir”. APA xəbər verir ki, bunu “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib. Qeyd edək Bakı şəhərini içməli su ilə təmin edən Kür-Bakı magistral su kəmərlərindən birində gecə saatlarında baş vermiş qəza nəticəsində (Qaradağ rayonu Qaz Emalı Zavodunun yaxınlığı) ətraf əraziləri, o cümlədən Bakı-Qazax avtomagistralını su basıb. Aidiyyəti qurumların əməkdaşları hazırda hadisə yerindədir, qəzanın nəticələrinin aradan qaldırılması üçün tədbirlər görülür. Geri qayıt |