Əsas Səhifə > Hadisə > İşini itirən 28 yaşlı gənc özünü yandırdı

İşini itirən 28 yaşlı gənc özünü yandırdı


30-12-2013, 15:17
İtaliyada inşaat şirkətinin əməkdaşı, 28 yaşlı Fausto Genovese, işdən çıxarıldığı üçün intihar edib.
İşini itirən 28 yaşlı gənc özünü yandırdı
Azertaym.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, 5 ay işsiz qaldıqdan sora depressiyaya gənc, dekabrın 21-də üstünə benzin tökərək yandırıb. Ətrafdakıların köməyi ilə yanğın söndürüldükdən sonra ağır dərəcəli yanıqlarla xəstəxanaya çatdırılır və ciddi nəzarətə götürülür.

F.Genovese, 9 günlük müalicədən sonra bu gün xəstəxanada dünyasını dəyişib. Onun intihardan əvvəl ailəsi sevdiyi qız üçün məktub yazdığı bildirilir. Yaxınları və qonşuları onun həmişə hərəkətdə olduğunu və işsiz qalmağa öyrənə bilmədiyini bildirirlər.

Qeyd edək ki, İtaliyada yaşanan iqtisadi böhran vətəndaşları çıxılmaz vəziyyətə salıb. Fausto Genovesenin özünü yandırmasından bir neçə gün sonra İtaliyada 51 yaşlı bir nəfər də Vatikanda özünü yandıraraq intihar edib.


Geri qayıt