Əsas Səhifə > Hadisə > TALIBOVUN SÜRÜCÜSÜ BAKIYA GƏTİRİLDİ – Naxçıvanda

TALIBOVUN SÜRÜCÜSÜ BAKIYA GƏTİRİLDİ – Naxçıvanda


4-12-2022, 19:34

Naxçıvan Muxtar Respublikasında (NMR) anti-korrupsiya əməliyyatları və həbslər davam etdirilir.

“AzPolitika.info”-nun mötəbər mənbələrdən əldə etdiyi məlumata görə, bu çərçivədə Muxtar Respublikanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Hicran Rüstəmov və Naxçıvan Şəhər Tikinti İdarəsinin rəisi saxlanılaraq Bakıya gətiriliblər.

“Ovqat.com” saytının baş redaktoru Heydər Oğuz isə “Feysbuk” səhifəsində NMR Ali Məclisinin sədri Vasif Talıbovun oğlu Seymur Talıbovun cangüdəni və sürücüsü Həsən Əhmədovun həbs edildiyi, Bakıya gətirilərək DTX-da dindirildiyi barədə məlumat yayıb.

 

 

Saxlanılanlardan Hicran Rüstəmov külli miqdarda dövlət vəsaitini mənimsəməkdə, Həsən Əhmədov isə vətəndaşların əmlakını zorla ələ keçirməkdə şübhəli bilinirlər.

Heydər Oğuzun yazdığına görə, İranla sərhəddə fəaliyyət göstərən Şahtaxtı gömrük məntəqəsinin rəisi və bəzi işçiləri də saxlanılıb.


Geri qayıt