Əsas Səhifə > Hadisə > “Orbita” MTK qovmaq istədiyi sakinləri bezdirmək üçün qeyri-insani
“Orbita” MTK qovmaq istədiyi sakinləri bezdirmək üçün qeyri-insani24-05-2023, 19:49 |
Maraqları “Orbita” MTK şirkətinin maraqları ilə üst-üstə düşən Yaşıllaşdırma təsərrüfatının işçiləri paytaxtın Nizami rayonunun Ordubadi küçəsi – 1 və qonşu ünvanlardakı üç və beşmərtəbəli binaların arasındakı həyətin tam ortasında çoxillik əvvəlcə ağacları hasara alıb, sonra da çıxarırlar. Aşkar görünür ki, tikinti şirkətinin işə cəlb elədiyi qülləli kranı həyətdən təcrid edən həmin müvəqqəti hasarın ətrafındakı ağacları da budayıblar. Binalarda yaşayan sakinlər bildirirlər ki, bu ağaclar bizim övladlarımız kimi idi. Orbita şirkətinin yarıtmaz fəaliyyətindən narazılıq edən vətəndaşlar deyirlər ki, budanan ağacların bir daha yaşıllaşmaq ehtimalı yoxdur. Amma başqa yerlərdə qurumuş ağaclar var ki, onları çıxarmaqla, başqa yerə köçürməklə qayğılanan yoxdur. Bir sözlə, qurumuş qala-qala, yaş ağacları kəsirlər. Həmçinin qeyd edirlər ki, 2022-ci ilin dekabr ayının ortalarından başlayaraq sözügedən ərazidə “yaşıl soyqırıma” rəvac verən şirkətin təmsilçiləri etiraz edən sakinləri Prezidentin mühafizə xidmətinin rəisi ilə qorxudurlar. Qeydə alınmış video-görüntülərdən bəlli olur ki, binaların birinci mərtəbəsinin həyətində sakinlərin çəpərləyib qulluq etdikləri kiçik bağçalar traktorla qaşınıb məhv edilir. Belə faktlar hətta insidentə səbəb olub, narazılığını bildirən qadın sakin mübahisə zamanı itələnərək yıxılıb, başı bardürə dəyərək xəsarət alıb, işə polis qarışıb. Artıq köçmüş sakinlərin boş evlərini bilərəkdən zir-zibillə, daş – kəsək, mismarlı taxtalarla doldururlar ki, qalan sakinlər də bezsinlər, şirkətin diktə elədiyi şərtlərə boyun əyib çıxsınlar. Bloklardan məhəccərləri söküblər, uşaqların pilləkənlərdən yıxılmaq təhlükəsi böyükdür. Geri qayıt |