Əsas Səhifə > Hadisə > Məşhur məmurun oğlu ovda həlak oldu

Məşhur məmurun oğlu ovda həlak oldu


28-01-2024, 22:49

İmişli rayonunda göldə qayığın aşması nəticəsində 29 yaşlı kişi həyatını itirib.

AzerTaym.az yenisabah.az-a isitnadən xəbər verir ki, hadisə rayon ərazisində yerləşən “Sarısu” gölündə baş verib.

Hadisə ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb.

Məlumata görə, Elşad Astanov göldə ov edərkən qayıq aşıb və o boğularaq ölüb.

Qeyd edək ki, göldə boğulan gəncin atası Şükür Astanov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 6 saylı regional yol istismar idarəsinin sabiq rəisi olub. İmişlidə kifayət qədər tanınan Şükür Astanovun sahibkarlıq fəaliyyəti ilə də məşğul olduğu deyilir.

mm gb.JPG (36 KB)

 


Geri qayıt