Əsas Səhifə > Hadisə > Qarabağ cəlladının Xankəndidəki abidəsi SÖKÜLDÜ

Qarabağ cəlladının Xankəndidəki abidəsi SÖKÜLDÜ


2-02-2024, 11:02

Xankəndi şəhərində Qarabağ cəlladlarından biri “Bekor” ləqəbli Aşot Qulyanın abidəsi sökülüb. 

"AzerTaym.az" xəbər verir ki, bu barədə məlumat teleqram kanallarında yayılıb. 

Qeyd edək ki, 1992-ci ildə Ağdərə, Hadrut və bir sıra istiqamətlərdə günahsız azərbaycanlıların qanını tökən terrorçunun abidəsi Xankəndi universitetinin qarşısındakı parkda yerləşirdi. 
Terrorçunun özü 1992-ci ilin avqustunda Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilib. 

 


Geri qayıt