Əsas Səhifə > Hadisə > VƏLİ ABBASOV NƏYİN HESABINA YENİDƏN VƏZİFƏYƏ GƏTİRİLİR?!
VƏLİ ABBASOV NƏYİN HESABINA YENİDƏN VƏZİFƏYƏ GƏTİRİLİR?!27-06-2024, 00:46 |
Abşeron rayonu icra hakimiyyətinin Abadlıq və Kommunal xidmətlər idarəsinin keçmiş sahə rəisi Vəli Abbasov 2024-cü ilin fevral ayında 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə və nüfuz alveri) maddəsi ilə ittiham edilməklə polis nəzarətinə buraxılıb. Hazırda şəxs Abşeron rayonunda qanunsuz tikinti işlərinə rəhbərlik edir. Araşdırmalar zamanı aldığımız məlumatlara görə Vəli Abbasov yeni vəzifəyə hazırlaşır. Bu zaman belə bir sual ortaya çıxır. Necə olur ki, barəsində cinayət işi açılmış və həm də polis nəzarətində olan şəxs yenidən vəzifəyə gətirilir? Geri qayıt |