Əsas Səhifə > Hadisə, Slayd > TEMPERATUR 10 DƏRƏCƏ AŞAĞI DÜŞƏCƏK
TEMPERATUR 10 DƏRƏCƏ AŞAĞI DÜŞƏCƏK2-12-2015, 14:24 |
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraitinin kəskin dəyişəcəyi barədə xəbərdarlıq edib. Milli Hidrometeorologiya Departamentindən "AzerTaym.az"-a verilən məlumata görə, bir neçə gün davam edən mülayim hava şəraitindən sonra dekabrın 3-dən başlayaraq Bakıda və Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişəcəyi, dekabrın 6-dək qeyri-sabit keçəcəyi, arabir yağıntılı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Dekabrın 4-də gecə və səhər yarımadanın bəzi yerlərində yağışın sulu qara keçəcəyi ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə enəcək.
Geri qayıt |