Əsas Səhifə > Hadisə > AAAF Parkda Ulu Öndərə növbəti hörmətsizlik — İş adamı Vüqar Səidzadə
AAAF Parkda Ulu Öndərə növbəti hörmətsizlik — İş adamı Vüqar Səidzadə13-02-2025, 19:31 |
"AAAF Park” Yaşayış Kompleksinin girişindəki Ümummilli Lider Heydər Əliyevin posterinin və dövlət atributları olan guşənin sökülərək yerində inşa edilən obyektdə bağlı məlumat vermişdik. Artıq iş adamı, qanunsuz inşa edilən obyektin sahibi Vüqar Sədizadə Ulu Öndər Heydər Əliyevin posteri və dövlət atributlarını sökdürərək maşın dayanacağına yerləşdirib. Digər aidiyyatı qurumlar – FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Abşeron rayon İcra Hakimiyyəti də sözügedən qanunsuz obyektin tikintisinə müdaxilə etməyib.
Həmçinin iddia edilir ki, Abşeron rayon İcra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Abşeron üzrə şöbəsinin bir neçə əməkdaşı məhz bu tikintiyə görə cəzalandırılıb.
Geri qayıt |