Əsas Səhifə > Hadisə > MİDA-nın adından istifadə edənlər ifşa olunub - DTX-dən

MİDA-nın adından istifadə edənlər ifşa olunub - DTX-dən


18-02-2025, 21:17

MİDA-nın adından istifadə edənlər ifşa olunub - DTX-dən ƏMƏLİYYAT

Bakı şəhəri Səbail rayon məhkəməsi Azərbaycan Respublikasının vətəndaşı Şərifov Kənan Urfan oğlu barəsində həbs qətimkan tədbiri seçib.

"AzerTaym.az" bildirir ki, Kənan Şərifov Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin müraciəti əsasında Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə müəyyən edilərək saxlanılıb.

O, digərləri ilə birlikdə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin adından saxta sənədlər hazırlayıb istifadə etməklə, müxtəlif ünvanlara, o cümlədən banklara göndərməklə çoxsaylı vətəndaşların külli miqdarda pul vəsaitlərini ələ keçirməkdə şübhəli bilinir.


Geri qayıt