Ölkə çempionu anasının başını kəsdi - (FOTO 18+)

Moskvada qolf üzrə Rusiya çempionu, idman ustası Artyom Nesterov məhkəmənin qərarı ilə istintaqın aparıldığı müddətə iki aylıq həbs edilib.

Musavat.com virtualaz.org-a istinadən xəbər verir ki, ötən cümə günü, avqustun 11-də Moskva yaxınlığındakı Ryazanskoye yaşayış məntəqəsində qarın nahiyəsində bıçaq yaraları olan və başı bədənindən ayrılmış qadın meyiti aşkarlanıb. Müəyyən edilib ki, başsız meyit 66 yaşlı qadına məxsusdur.

Qəddar qətlin həyata keçirilməsində şübhəli bilinərək mərhum qadının oğlu - qolf üzrə Rusiya çempionu Artyom Nesterov ertəsi gün hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

A.Nesterov qətli özünün törətdiyini etiraf edib. Bildirilir ki. anasını öldürdükdən sonra idmançı öz həyat yoldaşına zəng vuraraq törətdiyi hadisə barədə məlumat verib.

Ölkə çempionu doğma anasının başını bədənindən ayırdı - FOTO






Fikirlər