"Qrupun ən güclüsü Azərbaycandır" - KOSOVOLU Fadil Vokri

"Güclü rəqiblərimiz var. Malta və Farer adaları yaxşı komandalardır. Ancaq biz qrupu onlardan daha yaxşı pillədə başa vura bilərik. Qrupun ən güclüsü Azərbaycandır. Lakin bizim məqsədimiz qrupda birinci yeri tutmaqdır".

Qol.az-ın məlumatına görə, bu sözləri Kosovo Futbol Federasiyasının prezidenti Fadil Vokri ölkəsinin mətbuatına açıqlamasında deyib.

O, yaxın vaxtlarda millinin yeni baş məşqçisinin müəyyənləşəcəyini bildirib: "Bir neçə namizəd var. Gələn ayın ortasına kimi yeni məşqçinin adının açıqlanacağını düşünürəm".

Qeyd edək ki, Kosovo 3-cü qrupda Azərbaycan, Malta və Farer adaları ilə mübarizə aparacaq.






Fikirlər