"MANÇESTİR SİTİ"dən 63 il sonra BİR İLK

"Mançester Siti"dən 63 il sonra BİR İLK

İngiltərə Premyer Liqasının 28-ci həftəsində “Arsenal”ın qonağı olan “Mançester Siti” səfərdə 3:0 hesabı ilə qələbə qazanınb.

AzerTaym.az xəbər verir ki, “Arsenal” tarixində ilk dəfə öz evində oynadığı matçın birinci hissəsində qapısında 3 qol görüb.

Matçda Bernardo Silva (15-ci dəqiqə), Devid Silva (28) və Leroy Sane (33) fərqlənib. "Arsenal"ın hücumçusu Pyer-Emerik Obameyanq 53-cü dəqiqədə rəqib qapısına təyin olunmuş 11 metrlik cərimə zərbəsini yerinə yetirə bilməyib.

"Siti" bundan əvvəl səfər oyunlarında "Çelsi" və "Mançester Yunayted"i məğlub edib. “MS” sonuncu dəfə yüksək liqada belə bir nəticəyə 63 il əvvəl - 1954/55-ci illər mövsümündə nail olublar. Bu nəticə ilə şəhərlilər xalını 75-ə çatdırıb.






Fikirlər