Həbib Nurməhəmmədovu Azərbaycana DƏVƏT EDİBLƏR

Həbib Nurməhəmmədovu Azərbaycana dəvət ediblər

Mütləq Döyüş Çempionatının (UFC) qalibi Həbib Nurməhəmmədov diskvalifikasiya olunacağı təqdirdə hər gün məşq edəcək və dünyanı gəzəcək.

AzerTaym .az oxu.az-a istinadla xəbər verir ki, bu haqda döyüşçünün atası və məşqçisi Abdulmanap Nurməhəmmədov deyib.

"Qonşu Azərbaycandan bizi çağırırlar, Türkmənbaşı dəvət edir. Qırğızıstan prezidenti bizi şəxsən çağırıb. Bu ölkədə bizə çox yaxşı mühafizə ayırdılar və bizi hamıdan xoş qarşıladılar. Müsəlmanların yaşadığı Malayziyadan və İndoneziyadan təklif var və mən Həbiblə bu ölkələrə getmək istəyirəm", - deyə Həbib Nurməhəmmədovun atası Abdulmanap Nurməhəmmədov bildirib.

Onun sözlərinə görə, altı ölkənin prezidenti tərəfindən dəvət alsalar da, bu dəvətlərə müsbət cavab vermək imkanına malik olmayıblar.

"Doqquz aylıq diskvalifikasiya olacağı təqdirdə, o, səhərlər gimnastika və məşq edəcək. Gündə 3,5 saat məşq edirik. Həmçinin bütün dünyanı gəzəcəyik", - deyə Abdulmanap Nurməhəmmədov oğlunun avtobioqrafiyasının Mahaçqaladakı təqdimatı zamanı bildirib.

O qeyd edib ki, Həbib formasını itirməməlidir:

"İstənilən an biz 100 günlük məşq bazasına getməyə və təklif edilən istənilən rəqiblə qarşılaşmağa hazır olmalıyıq. Lakin seçimi, əlbəttə ki, biz edəcəyik. Əminliklə deyə bilərəm ki, bizi qane etməyəcək variantları geri çevirəcəyik".

Nurməhəmmədov UFC çempionu kəmərini 7 oktyabrda Makqreqora qarşı döyüşün dördüncü raundunda boğucu fəndlə qalib gələrək qoruyub. Döyüşdən sonra rusiyalı tamaşaçıların olduğu zalda kütləvi dava olub. Hər iki döyüşçü 10 dekabr tarixinədək döyüşlərdən kənarlaşdırılıb.

Dekabrın 6-sı məlum olub ki, Makqreqor öz işinin baxılmasının təxirə salınmasını xahiş edib və Nevada ştatının Atletik Komissiyası bu xahişi müsbət cavablandırıb. Həmin gün komissiya Nurməhəmmədovun vəkillərinin bu barədə xahişini qəbul edib.

Rusiyalı döyüşçü karyerası boyunca 27 döyüşdə iştirak edib və məğlub olmayıb.






Fikirlər