“Neftçi “ nin rəzaləti

 

 
 

bitmap-img6 

 

  Rəzalət!!! Rəzalət! "Neftçi"nin autsayder "Rəvan"a uduzmasının bundan başqa adı yoxdu. Yalnış düşünməyin,bunu yazmaqla Bəhmən Həsənovun uğuruna kölgə salmaq istəmirəm. Sadəcə, onu qeyd etmək istəyirəm ki, "Neftçi" artıq nəinki "xalq komandası", heç adi komanda görüntüsündən də uzaqdı!

 
Nə günlərə qaldın, "Neftçi"? Səni bugünə salanlar utansın, yerin dibinə girsin, bir daha çıxmasın! Ümumiyyətlə, klubdan şələ-küləsini götürüb getsin! Əgər cəsarəti varsa... Əgər komandanı düşünürsə... Əgər yağışın altında lüt bədənlə komandasına dəstək verən fanatların daha ağır etirazlarını, söyüşlərini eşitmək istəmirsə... 
Yox, dostlar, rəhbərlikdən heç kim getməyəcək. Niyə də getsin axı? Bəs, dövlətin neftindən kluba ayrılan pulları kim yesin? Əvəzində uğursuz nəticələrə görə stadiona acqarına gələn fanatlara kim əsəb yedizidirsin?
Başa düşürəm, xalq yazıçısı və klubun Müşahidə Şurasının sədri Çingiz Abdullayevin komandadakı işi formaldı. O, yalnız məclislərdə, dost-tanışın ad günlərində tamadalıqdan vaxt tapanda, öz işlərindən imkan edəndə "Neftçi"yə zaman ayıra bilir. Onun klubda yüksək vəzifə tutması da xahiş hesabınadı. Hamı bilir ki, AFFA-nın vitse-prezidenti, eyni zamanda Çingiz bəyin yaxın dostu, sinif yoldaşı Elşad Nəsirovun xətrini qıra bilmədiyi üçün komandanın başına keçib.
Elə bununla da "Neftçi"nin başına daş düşüb. Maraqlıdı, bəs icraçı direktor Elnur Məmmədov hansı işə yarayır? Özünü ictimaiyyətə ağıllı futbol funksioneri kimi təqdim edən Elnur bəyin əslində, yaralı barmağa bint bağlamağa da belə layiq olmadığını gördük. Vaxtı ilə AFFA-da azarkeşlərlə çalışan, şeypur çalan, baraban döyən birinə birdən-birənə klubu təhvil verəndə nəticə necə olmalı idi ki?
12 oyun, 13 xal - lider "Qarabağ"ın 16 (!) xal uzaqlığında. Bu, "Neftçi"nin indiki durumudu. Hələ, klub rəhbərliyi yatıb-durub dua etsinlər ki, "Zirə" "Sumqayıt"ı, "Qarabağ" da "Xəzər Lənkəran"ı məğlub etdi. Əks halda "ağ-qaralılar"ı turnir cədvəlinin dibində AZAL-la, "Rəvan"la qucaqlaşan yerdə görəcəkdik. 
Baş məşqçi Samir Əliyevi qınamıram. Əlində material yox, futbolçu yox. O da "Neftçi"nin yeni rəhbərliyinin qurbanıdı. Sadıq Sadıqovu gözdən salmaq üçün özlərini ağıllı hesab edənlərin "gənclərşdirmə siyasəti"nin sonudur bu. Utanın, ölün!
Yəqin ki, ara bir qədər sakitləşdikdən sonra Elnur Məmmədovu "Neftçi"yə göndərən AFFA-nın baş katibi Elxan Məmmədov arasında telefon danışığı olacaq. "Papa" djanı"...(Azərtaym.az)

 






Fikirlər