MAHMUDOVUN ŞƏRİKİ ÇEMPİONUN OBYEKTİNİ ƏLİNDƏN ALIR - Şikayət (Fotolar)

2vu

“Eldar Mahmudovu “Altes Group” holdinqin payçılarından biri etməklə, Rüstəm Abdullayev özünün qanunsuz əməllərini davam etdirib”

Azərbaycanda sahibkarlığın inkişafı ölkənin siyasi və sosial-iqtisadi sisteminin yenidən qurulmasının mühüm amili kimi çıxış edir. Ona görə də, sahibkarlıq fəaliyyəti üçün daha da əlverişli mühitin yaradılması məqsədilə daimi olaraq əsaslı şəkildə islahatların aparılması da məhz ölkədə həyata keçirilən iqtisadi inkişaf strategiyasının tələblərindən irəli gəlir. Bu mənada sahibkarlığın inkişafı ölkəmizə dövlət siyasətinin prioriet istiqamətidir.

Lakin buna baxmayaraq, ölkəmizdə sahibkarların incidilməsi, iş adamlarına inzibati metodlardan istifadə etməklə, problemlərin yaradılması halına rast gəlinir. Yenicə fəaliyyətə başlamış VİTR idman klubunun fəaliyyətinə yaradılan əngəllər bunu kimi. VİTR idman klubunun təsisçisi, peşəkar idmançı kimi Azərbaycanın adını beynəlxalq arenalarda daim ucaltmış, pauerliftinq idman növü üzrə 4 qat dünya, 7 qat Avropa cempionu, dünya rekordçusu  Vüqar Namazovdur. O, bu idman klubunu yaratmaqla, ölkəmizdə Prezident İlham Əliyevin həyata keçirdiyi idman siyasətinə dəstək olub.  Ancaq onun bu fəaliyyətinə maneə yaradanlar da tapılıb.

Vüqar Namazov qarşılaşdığı problemlərlə bağlı “AzPolitika.info” saytına şikayət məktubu göndərib. Həmin məktubdan belə məlum olur ki, idmançının böyük xərc hesabına yaratdığı yeni dünya standartlarna uyğun fitnes zalını əlindən almaq istəyirlər.

1vuBelə ki,  Vüqar Namazov uzun çalışmalardan sonra bir qrup idmançı ilə bir araya gələrək, Bakının Yasamal rayonu ərazisində (Bəsti Bağırova 592 ünvanında) ağırlıqqaldırma və fitnes idman zalı açıb. İki mərtəbəli, 1000 kvadratmetrdən çox ərazisi olan və ən müasir standartlara cavab verən zalda həm kişilərin, həm qadınların ağırlıqqaldırma və fitneslə məşğul olmaları üçün hər bir şərait yaradılıb. Son günlərə qədər xeyli sayda vətəndaş burada idmanla məşğul olub.

VİTR idman klubunun yerləşdiyi bina «Nur İnşaat» şirkətinə məxsusdur. Bu şirkət isə “Altes Group” holdinqin tərkibinə daxildir. V.Namazov ərazini müqavilə ilə icarəyə götürüb. Müqavilə 08.10.2015 ci ildə V.Namazovun həyat yoldaşının adına bağlanıb. «Nur İnşaat» şirkəti ilə 60 aylıq müqavilə bağlayan V.Namazov, 2015-ci ilin sentyabr ayından başlayaraq, 5 ay ərzində müqavilədə göstərilən aylıq 6000 manat ödənişi hər ay ödəyib.  Bundan əlavə  klubun tamamilə ərsəyə gəlməsi üçün 1,2 milyon manat sərmayə yatırıb. Təmir üçün həyat yoldaşı bankdan öz adına və atasının adına kreditlər götürüb.

Lakin günlərin birində “Nur İnşaat” şirkəti idman klubunu bağlayaraq, obyekti tərk etməyi tələb edib. Bunda sonra V.Namazov məsələ ilə bağlı şirkətin nümayəndələri ilə görüşür. Amma heç bir xeyri olmur. “Nur İnşaat” nümayəndələri heç bir əsas göstərmədən, müqaviləyə xitam verdiklərini deyirlər. Fevral ayının 17-də isə obyektə elektrik enerjisi və suyun verilməsi dayandırılır.

4fitBundan sonra V.Namazov “Nur İnşaat” şirkətinin əməllərindən bir nömrəli Bakı İnzibatı İqtisad Məhkəməsinə müraciət edib. Məhkəmə məsələ ilə bağlı V.Namazovun xeyrinə qərar qəbul edib. Fevralın 18-də icra məmurları məhkəmənin qərarını yerinə yetirmək üçün idman kompleksinə gəlsələr də, “Altes Group” holdinqin idarə heyətinin sədriRüstəm Abdullayev məhkəmənin qərarının və Azərbaycan dövlətinin qanunlarının bu işdə heç bir faydasının olmayacağını, bu məsələ ilə bağlı Nur İnşaat” şirkətinin təsisçilərindən olan Fərid Əliyevə arxalandıqlarını söyləyib. O, həmçinin məhkəmə məmurlarının məhkəmə qərarını icra etmələrinə imkan vermir və Fərid Əliyevin ölkə Prezidentinin qohumu olmasını xüsusi ilə vurğulayır.

Araşdırmalar göstərir ki, “Altes Group” holdinqin Bakıda İsmayıl Qutqaşınlı küçəsi 507-511 (“ALTES PLAZA” yaşayış kompleksi), Bəsti Bağırova küçəsi 592 (“EMERALD PALACE” yaşayış kompleksi), Həsənbəy Zərdabi küçəsi 569 (“ACADEMY HOUSE” yaşayış kompleksi) ünvanlarında tikdiyi çoxmərtəbəli binalarda yaşayış evlərinin alqı-satqısına 2012-ci ildən qadağa qoyulub. Bu qərarı Binəqədi Rayon Məhkəməsi çıxarıb. Məhkəmənin qətnaməsinə əsasən, həmin evlərin inşaatçıları olan “Nur-İnşaat” MMC və “Fərid-İnşaat” MMC şirkətlərinin satış həyata keçirmələri qadağan olunub. Yaşayış mənzillərinə həbsin qoyulmasına səbəb “Altes Group”un təsisçiləri arasında fikir ayrılığıdır.

V.Namazovun məktubunda bildirilir ki, bunun əsas səbəbi məhz Rüstəm Abdullayevin digər payçılara qarşı qanunsuz və dələduz əməlləri olub. Buna baxmayaraq şirkət inşa etdiyi binalarda mənzil satışını davam etdirib. Onun bu arxayınlığı isə keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudova görə olub. Belə ki, Eldar Mahmudovu “Altes Group” holdinqin payçılarından biri etməklə, Rüstəm Abdullayev özünün qanunsuz əməllərini davam etdirib. Bu əməllər isə məhkəmənin qərarına baxmayaraq, binaların tikintisi, mənzillərin satılması və beləliklə, vergidən yayınmadır.

Bu gün isə V.Namazov R.Abdullayevin qanunsuz əməli ilə üz-üzə qaldığının bildirir: “Bizim fitnes klubun fəaliyyətinə də tam manelər yaradılır. Daha dəqiqi, “Nur inşaat “MMC nin rəhbəri Rüstəm Abdullayev tərəfindən mənə çox ciddi manelər yaradılır. Yaratdığmız fitnes mərkəzini ona təhvil verib getməymiz tələb olnur. Xatırladım ki, binaya qoyulan həbsin motivlərindən mənə və yaxınlarıma qarşı istifadə edilir. Çünki bir iş adamının fəaliyyətini qəsdən əngəlləmək, ona problem yaratmaq cinayətdən başqa bir şey deyil. Görünür, neçə illərdir ki, Böyük Britaniya vətəndaşlığı almaq üçün bu ölkədə yaşayan R.Abdullayev üçün müqəddəs heç nə qalmayıb. Elə ona görə hər vəchlə əlində olan imkanlardan yararlanaraq, Prezident İlham Əliyevin sahibkarlığın inkişafı ilə bağlı siyasətinə kölgə salır”.

Vüqar Namazov sonda müvafiq dövlət qurumlarından məsələni nəzarətə götürməyi, ona qarşı yaradılan maneələrin aradan qaldırılmasına kömək etməyi xahiş edir.AzPolitika.info

 

0vit
1fit
11fit
2fit
3fit10fit11fit

AzerTaym.az






Fikirlər